Səudiyyə kralı protokol rəhbərini işdən qovdu

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz krallığın protokol rəhbərini vəzifəsindən kənarlaşdırıb. APA TV-nin məlumatına görə, faktı Səudiyyə Ərəbistanının KİV-ləri təsdiqləyib.

 

Mətbuat katibinin işdən çıxarılmasına səbəb onun tədbirlərin birində fotomüxbiri vurmasıdır. Sosial şəbəkələrdə də yayılan kadrlardan görünür ki, ət-Tobayşi adlı məmur Mərakeş kralı VI Məhəmmədin Səudiyyə Ərəbistanına səfəri zamanı müxbirlərin birinin sifətinə zərbə endirib.

 

İşdən çıxarılan şəxsin yerinə yeni təyinat da var. Bundan sonra ət-Tobayşinin vəzifəsini Xaled əl-Abbad icra edəcək. Kral Salmanın bu addımı sosial şəbəkələrdə, xüsusilə jurnalistlər tərəfindən rəğbətlə qarşılanıb.

Müəllif | Apa.Tv
Apa.tv