Kadırov Çeçenistan istehsalı olan pilotsuz təyyarəni sınaqdan keçirdi

Çeçenistan lideri Ramzan Kadırov çeçen mütəxəssisləri tərəfindən hazırlanmış pilotsuz təyyarənin sınağını keçirib.

 

APA TV-nin məlumatına görə, Kadırov təyyarənin köməyi ilə qarğa sürüsünü qovub. O, təyyarə ilə qarğa sürüsünü necə qovması ilə bağlı videonu öz “Instagram” hesabında paylaşıb.

 

"Mən bundan əvvəl də bildirmişdim ki, çeçen mühəndislərinin hazırladığı çox müasir mini pilotsuz təyyarənin uçuş sınaqlarını keçirəcəyəm. Bu gün sınaq zamanı bu aparat vasitəsilə qarğaların və başqa quş sürüsünün dağıdılması imkanlarını təsadüfən ortaya çıxardım”, - deyə Kadırov bildirib.

 

Müəllif | Apa.Tv