ABŞ İŞİD liderlərinin başına 20 milyon dollar pul qoydu

ABŞ Dövlət Departamenti İŞİD terror qruplaşmasının dörd əsas lideri barədə məlumata görə 20 milyon dollar mükafat vəd edib.

 

APA TV-nin məlumatına görə, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.

 

Məlumata əsasən, Abd əl Rəhman Mustafa əl-Kaduli barəsində dəqiq məlumata görə 7 milyon dollar, Əbu Məhəmməd əl-Ədnani və Tərxan Taymurazoviç Batiraşvili barəsində hər birinə görə  5 milyon dollar, Tarik bin əl-Falih əl-Avni əl-Harzi barəsində dəqiq məlumata görə isə 3 milyon dollar mükafat veriləcəyi vəd edilib.

Müəllif | Apa.Tv