Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də ucuzlaşıb. Hazırda bir dolların kursu 1,0481 manat təşkil edir.

 

Avro və Rusiya rublunun dəyəri isə artmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1767 manat, 1000 Rusiya rublu isə 20 manat 80 qəpikdir.

 

Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.

 

Müəllif | Apa.Tv
Apa.tv