Ağcabədi sakini baltalandı

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Aşağı Avşar kənd sakini, 30 yaşlı Saqibət Qədimov bu gecə naməlum şəxs və ya şəxslər tərəfindən evdən küçəyə çağırılıb. O, həmin şəxslərlə kəndin kənarına gedib və burada naməlum şəraitdə baltalanıb.

 

Bildirilir ki, S.Qədimov Bakıda yaşayırmış və burada tikinti sahəsində çalışırmış. O, rayona müvəqqəti olaraq yaxınlarına baş çəkməyə gedibmiş. Qeyd edək ki, S.Qədimov ailəli olub.

Müəllif | Apa.Tv
Apa.tv