Qasırğa Almaniyada fəsadlar törətdi

Güclü qasırğa Almaniyanın şimalında ciddi dağıntılara səbəb olub.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, küləyin sürəti saatda 119 kilometrə çatıb.

 

Hamburqda ağacın avtomobilin üzərinə aşması nəticəsində sürücü həyatını itirib. Şəhərdə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Ən ciddi dağıntılar Bütsov şəhərində qeydə alınıb. Küçə və prospektlər binaların sınmış pəncərə şüşələrinin qırıqları ilə doludur. Yol nişanları yerindən qopub.

 

Şəhər sakinləri ilk dəfə belə bir fəlakətlə qarşı-qarşıya qaldıqlarını deyirlər: "Bu qorxuludur. Yüzlərlə ağacı sanki  gövdəsindən çıxarıb küçələrə uzadıblar, evlərin damları yoxdur. Nə edək? Belə hadisələr nadir hallarda baş verir". Bütsovda onlarla avtomobil aşıb. 30 nəfər xəsarətlərlə xəstəxanalara çatdırılıb. Hamburqla Lyuberq şəhərləri arasında dəmiryolu hərəkəti dayandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv