Avropa Ukrayna qaz ötürülməsini dayandırıb, Kiyev yenə Moskvanın qapısını döyür

Macarıstanın ardınca Polşa da Ukraynaya revers qaz ötürülməsini dayandırıb. Bu səbəbdən Ukrayna yenidən Rusiyadan qaz almağa məcbur qalıb. Bu faktı “Qazprom”un rəhbəri Aleksey Miller açıqlayıb. Onun sözlərinə görə, may ayında Avropadan Ukraynaya revers qaz ötürülməsinin həcmi iki dəfə azalıb. Ukrayna aprelin 30-da Rusiyadan 9,2 trilyon kubmetr qaz idxal etmişdisə, mayın 1-də bu rəqəm 19,8 milyon kubmetrə çatıb. “Naftoqaz” aldığı qazın müqabilində “Qazprom”un hesabına 40 milyon dollar köçürüb. 

Müəllif | Apa.Tv
Apa.tv