Xaçmazda velosipedçi vuruldu

Mayın 6-sı axşam saatlarında Xaçmaz rayonunda velosipedçinin vurulması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, hadisə Xaçmaz rayonunun Niyazabad yolunda baş verib.

 

42 yaşlı Xaçmaz rayon sakini Elxan İsabalayevin idarə etdiyi “VAZ-21012” markalı avtomobil velosipedçini vurub. Nəticədə velosipedçi, Xaçmaz rayon sakini 52 yaşlı Arif Xalıqov xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, velosipedçi təpə-ənsə və burun nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Qəzanın dəqiq səbəbləri avtotexniki və tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan