Azərbaycanda dollar və rubl ucuzlaşır, avro isə bahalaşır

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Bivalyuta səbətinə daxil olan xarici valyutalardan ABŞ dollarının qiyməti yenə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,0475 manat təşkil edir. Rusiya rublunun da qiymətində ucuzlaşma var. 1000 Rusiya rublunun kursu 20 manat 60 qəpik olaraq müəyyənləşib. Bivalyuta səbətinə daxil olan valyutalardan yalnız avronun qiymətində bahalaşma var. Mərkəzi Bank 7 may tarixinə 1 avronun qiymətini 1,1881 manat olaraq müəyyənləşdirib. 

Müəllif | Apa.Tv
Apa.tv