Almaniyada məscidləri partlatmaq istəyən 4 nəfər saxlanıldı

Almaniya polisi 4 nəfər sağyönümlü ekstremist qruplaşmasının üzvünü saxlayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, saxlanılanların üçü kişi, biri qadındır. Onlar ölkədəki məscidlərdə və miqrantların məskunlaşdığı düşərgələrdə terror aktları planlaşdırmaqda təqsirli bilinirlər. Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, ötən il və bu ilin əvvəlindən ölkədə irqi ayrıseçkilik zəminində törədilən və qarşısı alınan cinayətlərin sayı dördqat artıb.

 

Müəllif | Apa.Tv
Apa.tv