DSX: Aprel ayında 4 cinayətkar dəstə zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin aprel ayı ərzində dövlət sər­hə­di­nin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata ke­çiril­ib, qa­çaq­mal­çılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yə­sinə qar­şı mübarizə uğurla davam etdirilir.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxla­nılıb. On­ların 24 nəfəri Azərbaycan, 6 nəfəri İran, 3 nəfəri Öz­bəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Uk­rayna vətəndaşları olublar. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər də­ni­zin­də 12  halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın­ hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiy­yə­ti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sin­də 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­­məsinin qarşısı alınıb. Ay ərzində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan dörd cinayətkar dəstə zə­rər­siz­ləşdirilib. Dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq ba­rələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-ax­tarış və istintaq tədbirləri davam etdirilir.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çi­ril­miş təd­bir­lər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaq­ma­lın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beş­bar­maq, 1 ədəd bıçaq, 1 ədəd optik ni­şangah, 3 700 ABŞ dolları, 270 000 Rusiya rub­lu, 11 000 Azərbaycan manatı, 539 000 İran rialı, 21 baş iri buynuzlu hey­van, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mo­bil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman pre­pa­rat­­ları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.

 

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində təd­birlər da­vam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv