Xaçmaza sel gəldi, piyada körpüsü dağıldı

Şimal bölgəsinə yağan güclü yağış çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Xaçmaz rayonunun Amsarqışlaq kəndi ərazisindən keçən Ağçay çayın üzərində olan piyada körpüsü dağılıb.

 

Mayın 5-i şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağıntının yağması nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Xaçmaz rayonunun Amsarqışlaq kəndindən keçən Ağçaya gələn sel nəticəsində çayın yatağı 3 metrədək aşağı düşüb, kəndlilərin avtomobil yolu kimi istifadə etdiyi Alıc Qışlaq, Qaracik, Aşağı Zeyid, Qədimalı Qışlaq kəndlərinə gedən yol bağlanıb. Çayın üzərindən keçən piyada körpüsü də dağılıb.

 

Ümumilikdə isə Xaçmaz rayonu ərazisindən keçən bütün çaylarda suyun səviyyəsi qalxıb, lakin daşqın təhlükəsi yoxdur.

 

Müəllif | Apa.Tv
Vəli Turan