Tarixdə ilk: Çin və Rusiya Qara dənizdə birgə təlim keçəcək

Tarixdə ilk dəfə olaraq Rusiya və Çin hərbi gəmiləri Qara dənizdə birgə hərbi təlimlər keçəcəklər. Artıq Çin hərbi dəniz donanmasının gəmiləri mayın 8-də keçiriləcək təlimlərə qatılmaq üçün Novorossiyskə gəlib. Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Çin gəmiləri Novorossiysk sahillərini mayın 12-də tərk edəcəklər. Çin Hərbi Dəniz Qüvvələri Xalq Azadlıq Ordusunun "Lin İ" və Vey Fan" gəmilərinin Novorosiyskə gəlməsi Böyük Vətən Müharibəsinin 70 illiyi yubileyi ilə də bağlıdır. Xatırladaq ki, həmin gəmilər 3 gün öncə Dardanel- Bosfor boğazını keçərək Qara dəniz sularına daxil olublar və hazırda əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə Krım sahillərinə yaxınlaşırlar. Hərbi təlimlər "Dənizdə birgə hərəkət - 2015" adı altında keçiriləcək.



 



 

Müəllif | Apa.Tv
Apa.tv