ABŞ Türkiyədə Suriya müxalifətinə təlimlər keçməyə başladı

Pentaqon gələn həftə Suriya müxalifətinin hərbi hazırlığı üzrə proqramı başa çatdıracaq.

 

APA TV-nin CNN-ə istinadən xəbərinə görə, ABŞ hərbçiləri əvvəlcə Türkiyə və İordaniya ərazilərində təlimlər keçəcəklər.

 

Pentaqonun bölgəyə hərbi kontingent göndərməsi Suriya hakimiyyətindən əlavə İŞİD-ə qarşı da mübarizəyə hesablanıb. Təlimlərə 3 min amerikalı hərbçinin cəlb ediləcəyi nəzərdə tutulur. Artıq 400 hərbçi adı çəkilən ölkələrdə Suriya müxalifətinə təlim keçməyə başlayıblar.

 

Suriya Milli Müxalifət Koalisiyasının lideri Xaled Xoca Əsəd hakimiyyətinə və İŞİD-ə qarşı silahlı mübarizəyə qalxan müxaliflərə ABŞ tərəfindən yardımın çox ləng və az həcmdə göstərilməsindən şikayətlənib: "Bizim terrorçulara və rejimə qarşı mübarizə imkanlarımız məhduddur. Biz tez bir zamanda daha çox döyüşçü hazırlamalıyıq" - deyə o, əlavə edib.

 

Xatırladaq ki, artıq start verilən təlimlər çərçivəsində 5 min döyüşçünün hazırlanması nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv