Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni binası istifadəyə verildi

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.

 

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib. Sonra xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub. Daha sonra dövlətimizin başçısı veteranlarla görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv