Ziyafət Əsgərov: "Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı kampaniyaya bəzi QHT-lər də qoşulub"

“Çox təəssüf ki, bəzi beynəlxalq təşkilatlar və Azərbaycanda fəaliyyət göstərən QHT-lər Avropa Oyunları ilə bağlı Azərbaycana qarayaxma kampaniyasına qoşulub. Həmin təşkilatlar Azərbaycanı gözdən salmağa çalışır”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

 

Ziyafət Əsgərov bildirib ki, əslində bu beynəlxalq təşkilatlar və QHT-lər Avropa Oyunlarını keçirmək məsuliyyətini üzərinə götürdüyünə gözə Azərbaycana təşəkkür etməlidir: “Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək və bu, qarayaxma cəhdlərinə tutarlı cavab olacaq. Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan xalqının özünə və dövlətinə inamını artıracaq”.

 

“ABŞ Azərbaycanın strateji tərəfdaşıdır” deyən  Ziyafət Əsgərov vurğulayıb ki, bir dövləti tənqid etmək olar, ancaq insan hüquqlarını alver predmetinə çevirib hansısa ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir.

 

Vitse-spiker qeyd edib ki, bu gün beynəlxalq hüquqda böhran yaşanır. Dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidirsə, bir-birinə qarşı səmimi olmalıdır.

 

Müəllif | Apa.Tv