Hava Hücumundan Müdafiə Qoşunları təlimlərə başladı

I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

 

Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

 

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

 

Müəllif | Apa.Tv