Azərbaycanda avro ucuzlaşıb, dollar və rubl bahalaşıb

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Bivalyuta səbətinə daxil olan xarici valyutalardan ABŞ dollarının qiyməti bir gün əvvələ nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,0482 manat təşkil edir. Rusiya rublunun da dəyəri nisbətən bahalaşıb. 1000 Rusiya rublunun kursu 20 manat 70 qəpik olaraq müəyyənləşib. Bivalyuta səbətinə daxil olan valyutalardan yalnız avronun qiymətində ucuzlaşma var. Mərkəzi Bank 8 may tarixinə 1 avronun qiymətini 1,1742 manat olaraq müəyyənləşdirib. Qeyd edək ki, 9 və 11 may tarixləri qeyri-iş günlərinə təsadüf etdiyindən Mərkəzi Bank növbəti kursu mayın 12-də açıqlayacaq. 

Müəllif | Apa.Tv
Apa.tv