İngiltərədə parlament seçkiləri: Mühafizəkarlar öndədir

Böyük Britaniyada keçirilən parlament seçkiləri sonrası sayılan səslər onu göstərir ki, mühafizəkarların lideri Devid Kemeronun yenidən baş nazir postunda əyləşməsi şansı çoxdur.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, "exit-pol" da bunu təsdiqləyir.

 

Seçki məntəqələri bağlandıqdan dərhal sonra hesablamaların nəticəsi mühafizəkarların parlamentdə 215 yer qazanacağını göstərir. "Exit-pol" isə bu rəqəmin 316 olacağını proqnozlaşdırır. Leyboristlərin 239 yer əldə edəcəyi bildirilir. Bu rəqəm son 30 ildə ən aşağı göstəricidir.

 

Şotland milliyyətçilərinin isə parlamentin İcmalar Palatasında 58-59 yer qazanacağı deyilir. Bu, gözlənilməz nəticə kimi qəbul olunur. Hətta bu partiyanın lideri Nikola Sterdjin bu nəticəni gözləmədiyini açıqlayıb. O, "exit-poll"un elan etdiyi rəqəmlərə ehtiyatla yanaşılmasını təklif edib. Bu nəticələrə baxmayaraq, leyboristlər hökumət kabinetinin formalaşdırılmasında Devid Kemeronun çətinliklə üzləşəcəyini bildiriblər. Əgər bu, doğrudan da baş verərsə, o zaman bu vəzifə leyboristlərin lideri Edi Melibendə tapşırılacaq.

Müəllif | Apa.Tv
Apa.tv