Fransada Sarkozinin hakimi satın alması ilə bağlı qalmaqal böyüyür

Fransada müstəntiqlərin sabiq prezident Nikola Sarkozi və vəkili Tyerri Hersoqun telefon danışıqlarını gizli dinləməsi ilə bağlı qalmaqal böyüyüb. Paris Apellyasiya Məhkəməsi gizli dinləmə lentinin istintaq materiallarına daxil edilməsinə qərar verib. Məhkəmə istintaqı zamanı məlum olub ki, sabiq prezident öz vəkili ilə hansısa hakimi pulla satın almaq yollarını müzakirə edirmiş. Qanuna görə, müştəri vəkillər hüquq pozuntusuna yol vermək imkanını müzakirə edirsə, vəkilli sirri proseduru qüvvədən düşmüş sayılır.

 

Tyerri Hersoqun vəkili çıxarılan qərardan kasasiya şikayəti veriləcəyini deyib. O bildirib ki, vəkillə müştəri arasında münasibətlərdə vəkillərə tanınan hüquqların qorunması vacibdir.

 

Qeyd edək ki, Nikola Sarkozinin şəxsi vəkili ilə telefon danışıqları 2013-cü ilin sentyabrında dinlənilib. İstintaq bu addımı sabiq prezidentin 2007-ci ildə prezident seçkilərinin maliyyələşdirilməsi zamanı korrupsiya hallarına yol verməsi ehtimalını araşdırmaq üçün atıb. Müstəntiqlər müəyyənləşdirib ki, Sarkozinin vəkili hakim Jilber Aziberdən məxfi məlumatlar alıb, bunun müqabilində ona Monakoda vacib hakim postlarından birinə təyin olunacağını vəd edib. 

Müəllif | Apa.Tv
Apa.tv