Britaniyalı seçicilər: “Hökumət 5 ildə insanlara düz söz deməyib”
Böyük Britaniyada keçirilən seçkilər sadə vətəndaşlar tərəfindən müxtəlif reaksiyalarla qarşılanır. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Londonda hökumət məmurlarının yaşadığı məhəllənin yaxınlığında yerləşən Sent-Ceyms parkında sakinlər arasında seçkilərlə bağlı sorğu keçirilib. Əhalinin bu prosesə münasibəti birmənalı deyil: ""Exit-poll”arın fəaliyyətinin ciddi olduğundan o qədər də əmin deyilik. Mən özüm şəxsən təbliğat-təşviqat kampaniyasında iştirak etmişəm. Ünsiyyətdə olduğum adamlar bildirirdilər ki, onlar bizim fəaliyyətimizdən razıdırlar. Biz Naycel Farajın parlamentə düşməməsini istəyirik". Sakinlərdən bəziləri isə Devid Kemeronun qələbəsini dəstəklədiklərini vurğulayıblar: "Mən Kemeronun uğuruna çox sevinirəm. O, bu kampaniyanı Corc Osborndan sonra ən yaxşı təşkil edən liderdir. Mən heç vaxt şübhə etməmişəm ki, o bizim ehtiyac duyduğumuz liderdir".
İndiki hökumətin siyasətini bəyənməyənlər isə iqtidarın məhz "exit-poll"un nəticəsinə güvəndiyini bildirirlər. Bu nəticələrin isə doğruluqdan çox uzaq olacağını iddia edirlər: "Mən ümumiyyətlə şokdayam. Sən demə nə qədər çox yalan danışsan, o qədər haqlısan. Hesab edirəm ki, hökumət britaniyalılar qarşısında heç vaxt, xüsusilə də son 4-5 ildə düz danışmayıb".
Seçicilər arasında leyboristlərin hakimiyyətə gələcəyinə ümid edənlər də var: "Mən leyboristlərin qazandığı nəticəsinə görə çox təəccüblənmişəm. Düşünürdüm ki, onlar parlamentdə daha çox yerin sahibi olacaqlar. Belə getsə, bizim həyatımızda yaxşıya doğru heç nə dəyişməyəcək".