Moskvada azərbaycanlılarla taciklər arasında kütləvi dava olub
Rusiya paytaxtında azərbaycanlılarla taciklər arasında kütləvi dava olub. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, hadisə Moskvadakı kafelərin birinin qarşısında baş verib.
Dava zamanı tərəflər bir-birinə soyuq silahlarla hücum ediblər. Xəsarət alanlar xəstəxanalara çatdırılıblar. Onlardan dördünün vəziyyəti ağırdır. Yaralıların hansı millətə məxsus olduqları açıqlanmır.
Moskva polisinin məlumatına görə, dava Azərbaycan və Tacikistan vətəndaşları arasında baş verən narazılıq səbəbindən başlayıb. Fakt üzrə cinayət işi açılıb.