Azərbaycan səfiri ölümdən döndü
Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.
Hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə, iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.
Həmin helikoterdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da olmalıymış. Daşqın Şikarov APA TV-yə açıqlamasında deyib ki, helikopterə minməkdən son anda imtina edib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.