Bakıda toydan qayıdan sərxoş sürücü maşını işıq dirəyinə çırpdı - VİDEO

Bakıda toydan qayıdan sürücü yol qəzası törədib. APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu ərazisində, Qala qəsəbəsində "Xaşaxuna bağları" adlanan əraziyə gedən yolda baş verib. "VAZ-2106" markalı avtomobillə hərəkət edən 23 yaşlı Cavid Şahbazov idarəetməni itirib və maşını işıq dirəyinə çırpıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin Babayev Fərman Rasim oğlu xəsarət alıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, hadisə sürücü Cavid Şahbazov və dostu Fərman Babayev toydan qayıdan vaxt baş verib. Onların hər ikisi qəza anında sərxoş vəziyyətdə olublar. 

Müəllif | Apa.Tv
Apa.tv