Pakistanda vertolyot qəzasını gerçək səbəbi məlum oldu

Pakistanda göyərtəsində diplomatlar olan helikopterin qəzaya uğramasının səbəbi məlum olub. APA TV-nin məlumatına görə, Pakistanın xarici işlər nazirinin birinci müavini Əhməd Çoudri bildirib ki, qəza helikopterin mühərrikinin sıradan çıxması üzündən baş verib. Nazir müavini əlavə edib ki, helikopterin “qara qutusu” tapılıb və hadisənin dəqiq səbəbləri araşdırılır.

 

Əhməd Çoudrinin görə, helikopterdə 12 xarici diplomat və 7 heyət üzvü olub. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.

 

Bundan əvvəl Pakistan Müdafiə Nazirliyi “Taliban” qruplaşmasının helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumatı təkzib etmişdi.

 

Xəbər verildiyi kimi, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda helikopterə minməkdən imtina edib və dəhşətli qəzadan möcüzə nəticəsində xilas olub. 

Müəllif | Apa.Tv
Apa.tv