Leyboristlərin məğlub lideri istefa verdi, Britaniya Avropa İttifaqından çıxmağa hazırlaşır

Britaniya leyboristlərinin lideri Ed Milibend partiyasının parlament seçkilərində məğlubiyyətindən sonra istefa verib. APA TV-nin məlumatına görə, Milibend öz qərarını “Sky News” telekanalında canlı efirdə açıqlayıb. O bildirib ki, partiyasının məğlubiyyətinə görə məsuliyyət daşıyır. Mandatlarını itirən partiya yoldaşlarından üzr istəyən Milibend qeyd edib ki, məğlubiyyətə baxmayaraq, leyboristlərin qaldırdığı problemlər həmişə aktual olacaq. Britaniyada keçirilən parlament seçkilərində leyboristlər 228 mandat qazanıblar, bu partiyanın 5 il əvvəl qazandığı yerlərin sayından 26 mandat azdır. Seçkilərdən əvvəl partiyadakı mənbələr bildirirdi ki, əgər leyboristlərlə mühafizəkarların qazandığı yerlər arasında fərq 15-dən çox olsa, Milibendə sədr postunda qalmaq çətin olacaq. Seçkilərin nəticələrinə görə, Devid Kemeronun liderliyində mühafizəkarlar rəqiblərindən 90 mandat artıq qazanıblar. Nəticələr açıqlandıqdan dərhal sonra Kemeron bəyan edib ki, yeni hökumət Britaniyanın Avropa İttifaqında çıxmasına dair referendum keçirmək siyasətinə sadiq qalacaq. 

Müəllif | Apa.Tv
Apa.tv