Bakıda həbsxanada futbol matçı: “Ciddi rejimlilər” “ümumi rejimlilər”ə 9-5 qalib gəldi - QOLLAR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində yeni idman kompleksinin açılışı olub.  Müasir standartlara cavab verən kompleksin açılış lentini Penitensiar  Xidmətin rəis müavini, ədliyyə general-mayoru  Nizaməddin Cəlilov  kəsib.

 

Daha sonra müəssisə rəhbərliyi tərəfindən idman kompleksinin soyunub geyinmə, idman, trenajor və mətbəx zalı media işçilərinə  və Penitensiar Xidmətinin əməkdaşlarına təqdim olunub. O, məhbusların reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili üçün yeni qurulan idman meydançasının böyük fayda verəcəyini diqqətə çatdırıb. 

 

“Bildiyiniz kimi, ulu öndər idmanın inkişafına hər zaman diqqət göstərib. Ona görə də biz özümüzə borc bildik ki, bu idman meydançasını bu idman kompleksini bu ərəfədə açılışını təqdim edək”.

 

Müəssisənin ciddi  və ümumi rejimdə cəza çəkən məhkumları arasında  keçirilən futbol oyunu böyük marağa səbəb olub. 1-ci hissədə 4:0 məğlub olan ciddi rejimdə cəza çəkən məhkumlar 2-ci hissədə hesabı öz xeyirlərinə dəyişərək 9:5 hesabı ilə qalib gəliblər.

 

Daha sonra fərqlənən idmançılara kubok, medal və diplomlar təqdim olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv