Rixard Zorge bağında Qələbə bayramı - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən Rixard Zorge bağında Böyük Vətən müharibəsində qələbənin 70 illiyini qeyd edilib. Tədbirdə Silahlı Qüvvələrin orkestrinin ifasında müharibəyə həsr olunmuş musiqilər səsləndirilib.

 

"Biz bu gün uşaqları gətirmişik ki, onlar bu bayramı canlı görsünlər. Babalarımızın bizə danışdığını biz də övladlarımıza danışırıq".

 

"Bu gün 9 may günü Qələbə günümüzdür. Bu qələbəni bizim babalarımız qazanıb. Onlar o zaman bizim gələcəyimiz üçün Vətən uğrunda canlarından keçiblər".

 

Tədbirdə 1941-45-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlılarla bağlı stendlər sərgilənib.

 

"Bu gün həm də II Dünya müharibəsində əsgərlərin yedikləri yeməklərin dadına baxmaq fürsəti var. Bu fürsəti dəyərləndirib biz də ətlə bişirilmiş qarabaşaq yarması yeyəcəyik. Yaşlı nəslin nümayəndələri deyir ki, bu yemək həddindən artıq kalorilidir və bu gün hər birimizin bişirdiyi qarabaşaqdan dad etibarilə çox fərqlənir.   Bu, səyyar mətbəxdə məhz  həmin yeməklərin hazırlandığı yerdir".

 

Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, Rusiya səfirliyinin əməkdaşları iştirak ediblər. İştirakçılar məşhur kəşfiyyatçı Rixard Zorqenin abidəsinin önünə gül dəstələri qoyublar.

 

 

Müəllif | Apa.Tv