Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

 

APA TV-nin  məlumatına görə, prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.
 
Sonra prezident İlham Əliyev  və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.
 
Ziyarət mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin  deputatları iştirak ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv