Azərbaycan prezidenti Gül bayramında iştirak edib

Bu gün Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub. APA TV-nin “AzərTAc”a istinadən yaydığı məlumata görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər. Dövlət başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər. Təxminən bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına həsr olunan guşələr xüsusi maraq doğurur. Artıq ölkəmizdə ənənə halı alan Gül bayramı dünyanın nadir gözəlliklərini təcəssüm etdirməklə ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli Liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır.

Müəllif | Apa.Tv
Apa.tv