Liberiyada Ebola taununa son qoyuldu
Afrika qitəsində Ebola epidemiyasının daha geniş yayıldığı Liberiyada bu qorxulu virusun mövcudluğu tamamilə aradan qaldırılıb.
APA TV-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, virusun yarandığı Liberiyada aparılan profilaktik tədbirlər sayəsində 4700 insanın ölümünə səbəb olan Ebola taununa son qoyulması ilə bağlı keçirilən tədbirdə ölkə prezidenti bu işdə əməli yardım göstərən bütün beynəlxalq təşkilatlara öz təşəkkürünü bildirib. Ümumdünya Səhiyyə Təşkilatı eyni zamanda Liberiyanın qonşuluğundakı Qvineya və Syerra Leonedə virusla yoluxma halları hələ də qaldığına görə əhalini sayıqlıq göstərməyə və diqqətli olmağa çağırıb.
Xatırladaq ki, 2013-cü il dekabrında Qvineya, Syerra Leone və Liberiyada geniş yayılmış Ebola virusuna yoluxan 26 min insandan 11 mini dünyasını dəyişib.