İsveçrədə ailə qətliamı: 5 ölü
İsveçrənin şimalında yerləşən Arqau kantonunun ərazisində baş verən silahlı hücumda 5 nəfər həlak olub.
APA TV-nin məlumatına görə, Vürenlingendəki bir evdə baş verən olayda 36 yaşlı kişi ailə üzvlərindən 4 nəfəri öldürüb. Daha sonra isə intihar edib.
Qonşuların xəbər verməsi ilə dərhal hadisə yerinə gələn polislər evdə 5 cəsədlə qarşılaşıblar. İsveçrə mediasının yazdığına görə, olay qısqanclıq zəminində baş verib. Silahlı hücumla bağlı araşdırma davam etdirilir.