Yəməndə atəşkəs elan edildi

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin iqamətgahını bombalayıblar.

 

APA TV-nin məlumatına görə, Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib.

 

Bundan sonra Yəməndə husilər humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib. Atəşkəs 2 gündən sonra qüvvəyə minəcək. Bəyanat Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib.

 

Qeyd edək ki, mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb.

 

Müəllif | Apa.Tv
Apa.tv