İŞİD İraqda neft yataqlarına hücum etdi

İŞİD silahlı birləşmələri İraqın şimalındakı Əcil neft yataqlarına hücum edib. APA TV-nin məlumatına görə, hökumət qüvvələri ilə döyüşlər nəticəsində 73 terrorçu məhv edilib.

 

Qruplaşmanın hücumu Tikrit şəhəri istiqamətində alınıb. Məlumatı terrorçulara qarşı mübarizə aparan "Ciclə" qərargahının generalı Əbdel Əmir əz-Zeydi təsdiqləyib. "Döyüşlər nəticəsində İraq ordusu 3 hərbçisini itirib, 13 nəfər yaralıdır" - deyə general əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv