Rusiya həbsxanasında qarışıqlıq: 20 nəfər xəsarət aldı

Rusiyada həbsxanada qiyam baş verib. APA TV-nin “Vesti”yə istinadən xəbərinə görə, hadisə Başqırdıstanda qeydə alınıb.

 

İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib. Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.

 

Hazırda faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv