Birinci Avropa Oyunlarının məşəli cəbhə bölgəsində!

Birinci Avropa Oyunlarının məşəli Ağcabədidən sonra cəbhə bölgəsinə - Ağdam rayonuna gətirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı İlk Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

 

Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 km məsafədə Dövlət Bayrağı meydanına qədər yürüş ediblər. Tarixi Soltanbud təpəsinin ətəyində inşa olunan "Qala" parkında məşəl estafeti başa çatıb. Məşəli sonuncu qəbul edən  futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, Birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.

 

Səhnədə yandırılan çırağı Bəxtiyar Musayev adına tam orta məktəbin 10-cu sinif şagirdi Günay Kazımova "Bakı 2015"in rəmzi olan çırağı rayon ictimaiyyətinə təqdim edib. Daha sonra isə Alov festivalı və atəşfəşanlıq keçirilib.

 

Məşəl estafeti mayın 12-də Zərdab və Tərtər rayonlarında davam etdiriləcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv