Azərbaycanda I Avropa Oyunlarının açılış gününün qeyri-iş günü olması təklif edilir

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən parlamentə layihə daxil olub.

 

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-nin Azərbaycanda qeyri-iş günü elan edilməsi təklif olunur.

 

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv