Olland Kubaya səfər edib
Fransa prezidenti Fransua Olland Kubaya rəsmi səfər edib. APA TV-nin "France-Presse" agentliyinə istinadən xəbərinə görə, bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilir.
Olland uzun illərdən sonra Kubaya səfər edən ilk Avropa lideridir. Fransa prezidenti kubalı həmkarı Raul Kastro ilə görüşüb. Fransua Olland bəyan edib ki, ABŞ-ın Kubaya uzun müddət tətbiq etdiyi iqtisadi blokadadan sonra Fransa bu ölkəyə iqtisadi yardım etməyə hazırdır.
Qeyd edək ki, ötən ilin aprelində Fransa XİN rəhbəri Loran Fabius Kubaya tarixi səfər edib. Bu, Fransa xarici diplomatiya rəhbərinin Kubaya son 31 ildə ilk səfəri olub.