Rusiya və Çin Hərbi Dəniz donanmalarının gəmiləri mayın 11-dən 21-dək Aralıq dənizində birgə təlimlər keçəcəklər.

APA TV-nin məlumatına görə, bu barədə məlumatı Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov təsdiqləyib. "Təlimlərə əlavə olaraq Rusiya Hərbi Dəniz Donanması və Dəniz Qüvvələrinin 10 gəmisi qatılacaq" - deyə o əlavə edib.

 

Bu təlimlər Rusiya müdafiə naziri Sergey Şoyqu və Çin Ali Hərbi Şurasının sədri Fan Çan Lun arasındakı danışıqların nəticəsi olaraq razılaşdırılıb. Təlimlərdə məqsəd dünya sularında təhlükəsizliyin təmin edilməsi üçün birgə əməkdaşlığın genişləndirilməsidir. Bu addımın regiondakı vəziyyətlə əlaqədar olaraq hər hansı üçüncü tərəfə qarşı atılmadığı qeyd olunur.

 

Qeyd edək ki, Rusiya və Çin mayın 8-dən 10-dək Qara dənizdə "Dənizdə birgə hərəkət - 2015" adlı birgə hərbi təlimlər keçiblər. Bu təlimlər eyni başlıqla həmin tədbirin davamıdır. Çin hərbi gəmiləri tarixdə ilk dəfə olaraq Qara dənizə daxil olublar.

Müəllif | Apa.Tv
Apa.tv