ABŞ-da rəzalət: "Apple" saatı üçün oğlunu satdı

Nyu-York polisi 22 yaşlı şəhər sakini Ceyson Arenası həbs edib. APA TV-nin məlumatına görə, o, uşaq alverində şübhəli bilinir.

 

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs özünün 4 yaşlı oğlunu da satıb. Polis internet saytlarından birində qəribə elana rast gəlib. Craigslist adlı elanda Arenas soyadlı şəxsin 500 dollar müqabilində övladını satışa çıxardığı qeyd olunub. Sonradan məlum olub ki, atanın öz oğlunu satmaqda məqsədi "Apple" şirkətinin istehsalı olan saat almaq istəyi olub. Elanda ata öz oğlunu "əməksevər" və "azyeyən" kimi reklam edib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu elan zarafat olub-olmadığın yoxlamaq məqsədilə Arenasın yaşadığı ünvana baş çəkməyi qərara alıblar. Onlar evdə axtarış aparıb və uşağı tapmayıblar. "Apple Watch" saatı isə polisin gözündən yayınmayıb. Bundan sonra ata əməlini etiraf etməyə məcbur olub. Alıcının yaşadığı yerin ünvanını öyrənən polis uşağı tapıb. Lakin azyaşlı daha atasını istəməyib. Arenas həbs olunub.

 

O bildirib ki, həmin saatı televizorda görüb və çox istəyib ki, onda da bu saatdan olsun, lakin almağa pulu çatmayıb. Saxlanılan şəxsi ən azı 3 il məhkumluq həyatı gözləyir.

Müəllif | Apa.Tv
Apa.tv