Arı yeyən Qusar sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir

Qusar rayon sakini, 57 yaşlı Kazım Balakişiyev qeyri-adi bacarığa malikdir. APA TV-nin şimal bürosunun xəbərinə görə, o, arının balını da, özünü də yeyə bilir.

 

Kazım Balakişiyev deyir ki, 15 ilə yaxındır arıçılıqla məşğuldur. Arı yeməyə isə 7 ildir başlayıb: "Arı yeməyim təsadüfən oldu. Armudun üstündə var idi, gördüm yedim. Həm turşdur, həm şirin".

 

Onun sözlərinə görə, dəfələrlə arı sancmasına baxmayaraq, səhhətində heç bir problem yaranmayıb. Bu bacarığı ilə o, Ginnesin Rekordlar Kitabına düşmək istəyir, bunun üçün o 365 arını yeyə biləcəyini iddia edir: "Gündə 360 arı yeyirəm. Ancaq heyfim gəlir. Onların inkişafı zəif olur. Yeməyi rəva bilmirəm. Özüm də yemək istəmirəm. Ginnesin Rekordlar Kitabına düşmək istəyirdim".

 

Bununla belə, Kazım Balakişiyev digər şəxslərə arı yeməyi məsləhət görmür: "Heç kəsə rəva bilmirəm. Bir arı bir insanı öldürür. Bir arı atı da öldürə bilir. Olmaz yemək. Heç kəsə məsləhət görmürəm".

 

Müəllif | Apa.Tv
Vəli Turan