Zaqatalada maşın ağaca çırpıldı, sürücü öldü

Bu gün səhər saatlarında Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Zaqatala rayonu Donbabinə kənd sakini, 33 yaşlı İlkin Şıxamirov idarə etdiyi “Tofash” markalı 62 BH 073 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan İlkin Şıxamirov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv