Gəncədə 21 yaşlı oğlan bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi olub. APA TV-nin qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlqar Vüqar oğlu Ağayev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Yaralı dərhal əməliyyat edilib. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Azər Məmmədli