Azərbaycanda avro və rubl yenə ucuzlaşıb
Həftənin ilk rəsmi valyuta məzənnələri açıqlandı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnələrini açıqlayıb.
APA TV-nin xəbərinə görə, bankın rəsmi məzənnələr bülleteninə əsasən 1 ABŞ dollarının kursu 1,0484 manat olaraq müəyyənləşib.
Bivalyuta səbətinə daxil olan avronun manata nisbətən ucuzlaşması davam edir. Mərkəzi Bank 1 avronun məzənnəsini 1,1697 manat olaraq müəyyənləşdirib.
Rusiya rublu da bir gün əvvələ nisbətən dəyərsizləşib. Rəsmi məzənnəyə əsasən, 1000 rublun qiyməti 20 manat 60 qəpik təşkil edir.