OPEK: Yaxın 10 ildə neftin qiyməti 100 dollardan artıq olmayacaq
OPEK təşkilatı yaxın 10 il ərzində neftin qiymətlərinin 100 dollardan aşağı olacağını proqnozlaşdırır.
APA TV-nin məlumatına görə, bu barədə "Wall Street Journal" nəşri OPEK-in strateji hesabat layihəsinə istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, dünya bazarında neftin qiyməti 2025-ci ilə kimi 76 dollar təşkil edə bilər. Qəzet qeyd edir ki, OPEK bu proqnozla amerikalı rəqiblərdən ehtiyatlandığını ortaya qoyur.
Xatırladaq ki, OPEK rəsmilərindən biri Vyanada verdiyi açıqlamada bildirmişdi ki, hazırladıqları inkişaf ssenarilərinin heç birində neftin qiymətinin 100 dollardan artıq olacağı nəzərdə tutulmur.