Naxçıvanda Azərbaycan-Türkiyə birgə təlimləri başladı

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu gündən Bakı və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.

 

Təlimlər mayın 16-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv