Qeyri-sabit hava şəraiti 4 gün davam edəcək

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 16-dək davam edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən m\lumata görə,  ötən günlər ərzində respublikanın əksər ərazilərində yağış yağıb, bəzi yerlərdə intensiv olub. Ən çox yağış Böyük Qafqazın Balakən-Şəki bölgəsində qeydə alınıb.

 

Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim norması daxilindədir. Müşahidə edilən qeyri sabit, yağıntılı hava şəraiti mayın 16-dək davam edəcək.

 

Bakı və Abşeron yarımadasında bu cür temperatur rejiminin yaxın 2-3 gün ərzində davam edəcəyi gözlənilir. Hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv