I qrup üzrə keçid balları artırılan ixtisaslar - SİYAHI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlərinə müraciət edib.


TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, komissiya Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində I qrupun 6 ixtisası üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib. Bunlara Geologiya - 300 bal, Kompüter elmləri - 300 bal, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi - 250 bal, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi - 250 bal, İnşaat mühəndisliyi - 250 bal və Nəqliyyat tikintisi mühəndisliyi - 250 bal daxildir.

 

Qeyd edək ki, bu günlərdə TQDK sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, bu il ali məktəblərə qəbulda I qrupda 6 ixtisas üzrə Təhsil Nazirliyi müsabiqəyə buraxılmaq şərtini 200 bal deyil, 250 bal və 300 bal təyin edib və bu, tətbiq ediləcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv