Növbəti iqtidar-müxalifət görüşünün vaxtı açıqlandı

İqtidar və müxalifət partiyaları arasında növbəti görüşün vaxtı məlum olub.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə APA-ya açıqlamasında bildirib ki, görüş mayın 15-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

 

O qeyd edib ki, siyasi partiya rəhbərləri görüşlə bağlı təkliflərlə çıxış edəcəklər.

 

Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb. 

Müəllif | Apa.Tv
Apa.tv