“KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev həbs olundu - QƏRAR

İş adamı, “PNN Group” şirkətinin təsisçilərindən biri, “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev həbs olunub.

 

APA-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.

 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Nizami Piriyevin və oğlu Nəsib Piriyevin təsisçisi olduqları “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

 

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

 

Müəllif | Apa.Tv
Apa.tv